İsmayıllıda hotel yandı
İsmayıllıda hotel yanıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə İsmayıllı rayonu Gəndov kəndindəki "Family İnn" hoteldə qeydə alınıb.
Yanğın zamanı T.Həsənova məxsus üçmərtəbəli hotelin üçüncü mərtəbəsinin 525 k/m sahəsi içərsindəki əşyaları ilə birlikdə tamamilə yanıb.
Hotelin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.