Gəncədə qaz balonu partlayıb, yaralanan var
Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.