Bakıda məktəbdə meyit tapıldı

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.

İnsident Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)