Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, bankın T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi tamamlanıb.

Fonddan Publika.az-a verilən məlumata görə, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Bank “BTB” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 5 avqust 2026-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

 Reyestrə daxil olma tarixiBankın adı
130.07.07ASC "XALQ" BANKI
230.07.07"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
330.07.07“ACCESSBANK” QSC
430.07.07BANK MELLİ İRAN BAKI FİLİALI
530.07.07"AZƏR-TÜRK BANK" ASC
630.07.07"BANK OF BAKU" ASC
730.07.07"BANK RESPUBLİKA" ASC
830.07.07"KAPİTAL BANK" ASC
930.07.07"YELO BANK" ASC
1030.07.07"RABİTƏBANK" ASC
1130.07.07"TURANBANK" ASC
1230.07.07"UNİBANK KOMMERSİYA BANKI" ASC
1330.07.07"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC
1407.08.07"EXPRESSBANK" ASC
1510.09.07"AZƏRBAYCAN SƏNAYE BANKI" ASC
1604.12.07"BANK AVRASİYA" ASC
1704.12.07"PAŞA BANK" ASC
1816.01.09"AFB BANK" ASC
1926.02.09"BANK VTB (AZƏRBAYCAN)" ASC
2028.04.09"PREMİUM BANK" ASC
2115.05.15"ZİRAAT BANK AZƏRBAYCAN" ASC