Zərifə xanım Əliyevanın elmə verdiyi töhfələr daim yaşayacaq

Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır...

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

"Zərifə xanım Əliyeva görkəmli elm və dövlət xadimi Əziz Əliyev kimi yüksək mövqe tutmuş bir ailədə boyabaşa çatmışdı. Eyni zamanda, böyük ənənələri olan Azərbaycan Tibb Universitetində müəllimlərindən aldığı dərs, eləcə də özünün istedadı ilə sözün əsl mənasında nüfuzlu həkim kimi formalaşmışdır. O, qısa və sürətlə bu istiqamətdə öz fəaliyyətini uğurla  davam etdirmiş, respublikamızda və onun hüdudlarından kənarda şöhrət qazanan görkəmli elm xadimi kimi tanınmışdır. Zərifə xanım Əliyevanın həkimlik peşəsinə başladığı ötən əsrin 70ci illərində Azərbaycanda göz xəstəlikləri üzrə müalicə digər sahələrlə müqayisədə bir qədər geri qalırdı. Məhz Zərifə xanım Əliyeva və onunətrafında birləşən həkimlərin, mütəxəssislərin birgə səyləri ilə addım-addım bu gerilik aradan qaldırılmışdır. Zərifə xanımın rəhbərlik etdiyi həkim briqadası     Bakıda və regionlarda dəfələrlə ardıcıl olaraq müalicə diaqnostika işləri görüblər. Zərifə xanım Əliyevanın traxoma xəstəliklərinə həsr olunduğu dissertasiyası Azərbaycanın müxtəlif bölgələrində göz xəstəliklərinə aid apardığı müşahidələr, eksperimentlər,topladığı materiallar əsasında hazırlanmışdır", - deyə akademik İsa Həbibbəyli bildirib. 

Zərifə Əliyeva, eyni zamanda, keçmiş SSRİ miqyasında ilk dəfə Azərbaycanda göz xəstəliklərinə həssas olan kimya sənayesi sahəsində, sənaye müəssisələrində, eləcə də istehsalat prosesində peşə xəstəlikləri ilə bağlı tədqiqatların əsasını qoyub. Bir çox ölkələrdən oftalmoloqların Bakıda  Zərifə xanımın təşkil etdiyi beynəlxalq səviyyəli seminarlarda iştirak etmələri ölkəmizin əsas   oftalmologiya mərkəzlərindən birinə çevrildiyini sübut edirdi Zərifə xanımın yazdığı kitablar, elmi əsərlər, göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur və o, bu istiqamətdə qiymətli əsərlərin   müəllifidir. 

Mənim fikrimcə, iller ötdükcə bu cür görkəmli dövlət xadimlərinin, akademik ve alimlərin elmə verdiyi töhfələr daim yaşaycaq ve bundan sonar da  gələcək nəsillərə her zaman işiq yolu açacaq…

Aytəkin Məmmədova,
Baki şəhəri 24 N­-li  məktəb Məmmədova