Qərbi Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri, qədim türk-oğuz yurdu olan Dərələyəz mahalı mənim həmi ata yurdum həmi ana yurdumdur Zəngəzur mahalı ilə bitişik olub.
Mütəxəssislər “Dərələyəz” toponiminin “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığı ehtimal edirlər. Bu mahal, havası, suyu, təbii nemətləri ilə Naxçıvanla Göycə arasında, həqiqətən, nəhəng və cənnətməkan bir dərəyə bənzəyir. Uca dağları, dərin dərələri, əlverişli gözəl iqlimi, dağ çayları, güllü-çiçəkli çəmənləri ilə göz oxşayır. İndiki Ermənistan ərazisində olan qədim tarixi abidələrin böyük bir qismi Dərələyəzdədir.
Dərələyəzi bütün Cənubi Qafqazı qarış-qarış gəzən milliyətcə fransız olan rus etnoqrafı İvan Şopen “Qafqazın İsveçrəsi” adlandırmışdı. Dərələyəzi. Həqiqətən də bu ada layiqdir. Dərələyəz mahalında Ələyəz adında kənd də olub. Nənəm Züleyxa xanım dediyinə görə, Dərələyəzdə ələyəz adında geniş yayılmış bir qöy-ot var idi ondan ərzaq məhsulu kimi istifadə edirdik Nənəm deyirdi qızlarla yığışıb yazda Ələyəz yığıb qışda istifadə edirdik yeməklərə tökurdük müxtəlif xörəklər hazırlayırdıq qovurub yeyirdik Züleyxa nənə deyir bu göyü hər bir kəndli istifadə edirdi qışlıq urzamız idi.
Dərələyəzin sahəsi 2972,3 kv.km, əhalisi 76551 nəfər idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur. 1918-1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistana verilmişdir. Bütün əsrlər boyu azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.
Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpa çayı ilə Naxçıvan çayı arasındadır.Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km,ən hündür zirvəsi Kükü dağıdır (h.3120 m) Dərələyəz mahalında əhalinin zorla qovulması, deportasiyası başlamış, yaşayış məntəqələrinin dağıdılması və ləğv olunması 1988-ci ilə qədər mərhələlərlə davam etmiş, 48 kənd bir dəfə, 49 kənd 2 dəfə, 16 kənd 3 dəfə, 4 kənd 4 dəfə, 1 kənd 5 dəfə deportasiyaya məruz qalmış, dağıdılmış və ləğv olunmuş, əhalisi zorakılıqla qovulmuşdur. Azərbaycanlıların sıxışdırılıb qovulması ilə paralel olaraq, ermənilərin bu ərazilərə köçürülməsi prosesi də davam etmişdir. Bizdən əvvəlki nəsil daşıdığı mənəvi ruhu bizdə daşımalı və gəlcək nəsillərə verməliyik. Ümmuli Lider Heydər Əliyev söylədiyi kimi “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!” Bizə qələblər yaşatmış Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində Azərbaycan xalqının iradəsi ilə biz Qərbi Azərbaycana, Dərələyəzə doğma Horbadıq kəndimizə qayıdacağıq!

İctimai fəal Vaqif Məhəmməd oğlu