UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks" oyununda hesab açılıb - CANLI YAYIM
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.
36-cı dəqiqədə Kennet Teylor "Ayaks" hesbada irəli çıxarıb - 1:0.
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçirilən "Qarabağ" və Niderlandın "Ayaks" komandası arasındakı oyunda "Qarabağ" klubunun futbolçusu Julio Romao görüşün 15-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Musavat.com xəbər verir ki, bu epizod oyunun gedişatına təsir edib və "Qarabağ" komandası bir nəfər azlıqda mübarizə aparmaq məcburiyyətində qalıb.
***
Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxır.
Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü başlayır.
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olacaq.
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.