"Prinsipcə sülhə çox yaxınıq" - Politoloq
Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan Dialogue" beynəlxalq forumundakı çıxışı zamanı bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. Paşinyan sülh müqaviləsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki Paşinyanın sözləri böyük ehtimalla doğrudur.Prinsipcə sülhə çox yaxınıq:
"Paşinyanın "İrəvan Dialoqu" forumunda dediyi "Azərbaycanla 13 maddə razılaşdırılıb" ifadəsi böyük ehtimalla doğrudur. Çünki bunu Prezident İlham Əliyevdə Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışında deyib ki, Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb.
Ermənistan tərəfi təklif edir ki, sülh müqaviləsi razılaşdırılmış maddələr üzrə imzalansın. Azərbaycan tərəfidə sülhün tez bir zamanda imzalanmasını istəyir. Prinsipcə Sülhə çox yaxınıq. Amma Ermənistanın hazırkı təklifi qəbul edilə bilməz. Çünki Azərbaycanın təklif etdiyi və sülh üçün prioritet tələbi olan Ermənistan konstitusyasının Azərbaycan və ətraf ölkələrə ərazi iddiasını özündə ehtiva edən maddə ha belə, sülh müqaviləsinin imzalanması istiqamətində hüquqi əngəl yaradan müvafiq maddələr dəyişdirilməlidir. Böyük ehtimalla bu tələb iki ölkə arasında razılaşdırılmayan maddələrdəndir.
Azərbaycanın kostitusya ilə bağlı təklifi diqtə ya da qalib ədası ilə irəli sürülmüş təklif deyil. Bu sülhün qalıcı olması üçün atılan zəruri tədbirdir. Bu gün biz Paşinyanla uzlaşa bilirik amma sabah onun yeirnə gələck şəxs yada komanda yenidən revanşizim işğalçı separatçı siaysət yeridə bilər. Və konstitusya maddələri ilə sülh müqaviləsini poza bilər.
Ermənistan konstitusyası dəyişdirlmədən slüh müqvailəsin imzalanması davamlı sülh yox müddətli sülh olacaq. Mahiyyət etiabri ilə atəşkəs razılaşmasından fərqi olmayacaq. Buna görə İrəvan bu məsləni həll etməlidir.
Hesab edirəm sülhə çox yaxınıq. Son bir iki detalda həllini tapsa sülüh müqaviləsin imzalanmasın şahidi olacıq".