"Xankəndi" yeni baş məşqçisi ilə müqavilə bağladı

Zaur Hacıyevlə yolları ayırdığını açıqlayan "Xankəndi" yeni baş məşqçisi ilə münasibətləri rəsmiləşdirib.

Komanda Röyal Nəcəfova tapşırılıb.

Ötən mövsüm "Baku Sportinq"in çalışdırıcısı qismində adından söz etdirən gənc mütəxəssislə 1 mövsümlük saziş imzalanıb.

Xatırladaq ki, 3 oyuna 1 xal qazana bilən "Xankəndi" hazırda 1-ci Liqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub. Qarabağ təmsilçisi ötən mövsüm 2-ci Liqada çempion olaraq 1-ci Liqaya yüksəlib. (fanat.az)