"Qarabağ" hesabı bərabərləşdirdiFOTOCANLI

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qonaqlardan isə Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab açılıb.

"Report" xəbər verir ki, qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib - 0:1

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

***

 

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən oyunda hesab açılmayıb.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

***

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşü start götürüb.

Musavat.com xəbər verir ki, "Qarabağ" doğma meydanda "Ludoqorets"i qəbul edir.

Böyük maraqla gözlənilən görüşü isveçrəli Urs Şnider idarə edir.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.