"Qarabağ" "Neftçi"yə qarşı, "Kəpəz" "Şamaxı"ya uduzdu

Bu gün Misli Premyer Liqasında 7-ci tur start götürüb.

QOL.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Şamaxı" ilə qarşılaşıb. Matçda "Şamaxı" 2:0 hesabı ilə qalib gəlib.

Günün 2-ci oyununda "Azersun Arena"da əzəli rəqiblər üz-üzə gəlir. Azərbaycan derbisində son çempion "Qarabağ" "Neftçi"ni qəbul edir. Görüş saat 20:00-da başlayıb.

Hazırda "Qarabağ" turnir cədvəlində 2-ci, "Neftçi" isə 9-cudur. “Qarabağ” ardıcıl 5 qələbə qazanıb, “Neftçi” 12 görüşdür qalib gəlmir. Buna baxmayaraq, Azərbaycan derbisi maraqla gözlənilir.

Qeyd edək ki, tura 21 və 22 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq. 

Misli Premyer Liqası, 7-ci tur

20 sentyabr

20:00. “Qarabağ” – “Neftçi” - 0:0 (Birinci hissə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Azərsun Arena

17:00.“Kəpəz” – “Şamaxı” - 0:2

Qol: Brahim Konate, 16, Giorgi Kantaria, 19
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev
ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion

NKlublarOQHMT-FX
1Turan Tovuz64208-214
2Qarabağ540112-412
3Sabah632112-911
4Şamaxı63216-311
5Araz-Naxçıvan53115-510
6Zirə53029-59
7Sumqayıt62045-76
8Səbail61148-104
9Neftçi60422-64
10Kəpəz70072-180

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 4 qol
Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol