Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb

Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində deyib.